“Çelsi”-“Qarabağ” matçı başa çatıb YENİLƏNİB

12 Sentyabr 2017 18:49 (UTC+04:00)

“Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu “Çelsi” ilə keçirib. Görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində hesab açılmayıb. Görüşün 49-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahim Qədirzadənin qırmızı vərəqə alaraq komandasını sayca azlıqda qoyması oyunun taleyini həll edib. Belə ki, bundan cəmi beş dəqiqə sonra “Çelsi”nin oyunçusu Hudson-Odoi hesabı açıb. Qarşılaşmanın 63-cü, 71-ci və 74-cü dəqiqələrində Makkormik het-trik edərək hesab arasındakı fərqi daha da artırıb. Görüşün 80-ci dəqiqəsində isə Braun oyunda son nöqtəni qoyub – 5:0. Beləliklə, matç “Çelsi”nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.