Azərbaycanlı aparıcı yol hərəkəti qaydalarını pozdu FOTO

12 Sentyabr 2017 13:05 (UTC+04:00)

Aparıcı-aktyor Şəhriyar Əbilov yol hərəkəti qaydalarını pozub. SİA-nın məlumatına görə, aparıcı maşınla gedərkən telefonla selfi çəkməyə çalışıb. “99- KK-610” dövlət nömrə nişanlı, “Niva” markalı avtomobil Bakı-Ələt yolunun 48-ci kilometrliyində görüntülənib. Əbilov həmin an çəkilən fotosunu "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: “Bizim yol polislərinin gözündən heç nə qaçmır. Bu şəklə görə təşəkkürümüzü bildiririk. Özü də "İnstagram"a “istoriya” çəkəndə bizi yaxalayıblar”

Qeyd edək ki, Ş.Əbilov dostu ilə Lənkərana toya gedirmiş.