"Cari ilin 8 ayında təcili yardıma 450 mindən artıq müraciət daxil olub" RƏSMİ

12 Sentyabr 2017 11:19 (UTC+04:00)

"2017-ci ilin 8 ayı ərzində Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 455900-dən artıq ümumi müraciət daxil olub. Bunlardan 43070-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 51600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8560-dan artıq olub".

SİA-nın xəbərinə görə, bunu Ümumdünya İlk Tibbi Yardım Günü ilə bağlı keçirilən mətbuat konfransında Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyib. O bildirib ki, bu müddət ərzində reanimasyon tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çox olub. Onun sözlərinə görə, qəfləti xəstəliklərlə müraciətlərin sayı 254230, ürək qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 50267, hospitalizasiya 8926, miokard infarktı ilə müraciətlərin sayı 577, insultla müraciətlərin sayı 2497, hospitalizasiya 2224, doğuşla bağlı mütaciətlərin sayı 2087, hospitalizasiya 2077, zədələnmələrin ümumi sayı 14072, hospitaluzasiya 8728, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 1587, hospitalizasiya 1393 olub ki, bu rəqəmdə də ötən illə müqayisədə artım qeydə alınıb".

Baş həkimin müavini söyləyib ki, BŞT və TTYS bölmələrinə birbaşa müraciətlərin sayı 25206, hospitalizasiya 2360 olub: "Təcili tibbi yardıma ehtiyacı olan 220 nəfərdən artıq yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilərək müvafiq xəstəxanalara yerləşdirilib".

İ.Əliyeva onu da qeyd edib ki, yay mövsümi başlanandan təcili yardıma ilan sancması ilə bağlı 40 müraciət daxil olub və 39 haldan hospitalizasiya icra edilib: "Bunlardan 6 nəfəri uşaqdır və hamısı hospitalizasiya edilib. Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-dən artıq körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib".