“Gəlin birgə olaq” FOTOLAR

12 Sentyabr 2017 10:32 (UTC+04:00)

“YARAT” Müasir İncəsənət Mərkəzində “Gəlin birgə olaq” adlı uşaq festivalı təşkil edilib. SİA-nın məlumatına görə, bu il ikinci dəfədir təşkil edilən festivalın mövzusu “YARAT”da nümayiş olunan və əsasən iki müxtəlif nəslin fikirlərini birləşdirən “Qazaxıstan üzərində Günəş və neonlar" adlı sərgisi ilə bağlı olub.

Festivalda üç yaşdan yuxarı uşaqlarla yanaşı, onların valideynləri də aktiv iştirak edib. Festival çərçivəsində ustad dərsləri də keçirilib. Dərslərdə maraq doğuran suallar cavablandırılıb.