Hakkaridə fövqəladə vəziyyət elan edilib

12 Sentyabr 2017 06:08 (UTC+04:00)

Türkiyənin Hakkari şəhərinin Şəmdinli mahalında fövqəladə vəziyyət elan edilib. Axar.az xəbər verir ki, vətəndaşlara 7 gün müddətinə öncədən təyin edilən yerlərə ayaq basmaları qadağan edilib.

Hakkari Valiliyindən verilən məlumatda mahalın Qızılı kənd, Dərəboyu, Elde məhəlləsi və İncəsu tarlasına giriş-çıxışın qadağan edildiyi bildirilib. Qadağanın PKK ilə bağlı aparılan əməliyyatla bağlı olduğu qeyd edilib.