Qadın karateçimiz “Grand Winners” mükafatına layiq görülüb

12 Sentyabr 2017 05:00 (UTC+04:00)

Azərbaycanın karate üzrə qadınlardan ibarət milli komandasının üzvü İrina Zaretska (68 kq) 2017-ci ilin “Grand Winners” mükafatına sahib olub. Dünya Karate Federasiyasının təsis etdiyi bu mükafat ən nüfuzlu turnir sayılan karate üzrə birinci kateqoriyalı Premyer Liqada il ərzində hər çəkidə ən yüksək nəticə göstərən idmançılara verilir.

İ.Zaretska 2017-ci ildə 21 yaşadək gənclər arasında Avropa çempionu, Rotterdam və Dubayda Premyer Liqaların qalibi olub, Rabatdakı növbəti turnirdə bürünc medal uğrunda görüşə çıxıb.

Mayda Bakıda IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan ukraynalı legionerə Dünya Karate Federasiyasının “Grand Winners” mükafatı Leypsiqdə Premyer Liqa turnirində təqdim edilib.