Qətər əmiri ABŞ hərbi bazasına gedib

12 Sentyabr 2017 04:03 (UTC+04:00)

Qətər əmiri Şeyx Təmim bin Həmad əl-Sani ABŞ-a məxsus Əl-Ubeyd avibazasına səfər edib. Axar.az xəbər verir ki, əmir Qətər Hərbi Hava Qüvvələri və ABŞ Komandanlığına bağlı hava əməliyyatları mərkəzində olub.

Havadan müdafiə sistemləri ilə bağlı məlumatlandırılan əl-Sani daha sonra bazadakı bəzi qırıcılara və hərbi texnikalara baxış keçirib.Əmirin burada bir sıra yüksək rütbəli ABŞ hərbçiləri ilə də görüşdüyü deyilib.