Əliyar Ağayev yeni təyinat alıb

11 Sentyabr 2017 17:11 (UTC+04:00)

UEFA Avropa Liqasının İ qrupunda sentyabrın 14-də D.Afonso Henriques stadionunda keçiriləcək “Vitoriya” (Portuqaliya) – “Salzburq” (Avstriya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. SİA-nın məlumatına görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.