Qurban Qurbanov media mənsublarının suallarını cavablandıracaq

11 Sentyabr 2017 14:52 (UTC+04:00)

Çempionlar Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində “Qarabağ” sabah səfərdə İngiltərənin "Çelsi" klubunun qonağı olacaq. SİA-nın məlumatına görə, bu gün Bakı vaxtıyla saat 21:15-də təmsilçimizin baş məşqçisi Qurban Qurbanov media mənsublarının suallarını cavablandıracaq. Bakı vaxtıyla saat 21:45-də isə ağdamlılar qarşılaşmanın keçiriləcəyi "Stamford Bridge" stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, "Çelsi” – “Qarabağ” matçı sabah saat 22:45-də start götürəcək.