"Qarabağ"ın İngiltərədəki məşqinin başlama saatı müəyyənləşib

11 Sentyabr 2017 14:15 (UTC+04:00)

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə "Çelsi" ilə qarşılaşacaq “Qarabağ”ın İngiltərədəki məşqinin başlama saatı müəyyənləşib. SİA-nın məlumatına görə, komanda görüşün keçiriləcəyi "Stamford Bric" stadionunda bu gün Bakı vaxtı ilə saat 21:45-də son məşqinə çıxacaq.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sabah saat 22:45-də başlayacaq.