Hərbi qulluqçuların Gəncə şəhərinə ekskursiyası təşkil olunub

11 Sentyabr 2017 12:45 (UTC+04:00)

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, əsgərlər Gəncə Qala Qapılarını, Gəncə İmamzadə Dini Memarlıq Abidə Kompleksini, dünya şöhrətli şairimiz Nizami Gəncəvinin məqbərəsi və mütəfəkkirin muzeyini, eləcə də Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyini ziyarət ediblər. Hərbi qulluqçular muzeylərdə toplanmış eksponatlarla tanış olub, Gəncənin qədim tarixi, xalqımızın zəngin mədəni irsi, incəsənət abidələri, yüksək mədəniyyəti, bölgənin adət-ənənələri barədə geniş məlumatlar əldə ediblər.