"Alo141.az" internet portalı istifadəyə verilib

11 Sentyabr 2017 11:41 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyinin yeni "alo141.az" internet portalı istifadəyə verilib. Hazırda portalda 6 əsas bölmə işlənib hazırlanıb. Gələcəkdə istifadəçilərin də fikirləri və təklifləri nəzərə alınmaqla, digər faydalı bölmələrin də istifadəyə verilməsi nəzərdə tutulur.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva yeni internet portalı və portalda olan bölmələr barəsində məlumat verib.