Qırmızı turp şəkərli xəstələr üçün əvəzedilməzdir

11 Sentyabr 2017 06:02 (UTC+04:00)

Uzun sürən qışdan sonra orqanizm öz qüvvələrini bərpa etməlidir. Yazın başlıca problemi avitaminozdur. Qırmızı turpu qida rasionuna əlavə etməklə bunun öhdəsindən çox asanlıqla gəlmək mümkündür.

Dietoloqlar yaz-yay dövründə turpu qida rasionuna daxil etməyi məsləhət görürlər. Qırmızı turp superməhsullar sırasına aid edilə bilər. O, yayın əvvəlində daha faydalı olur.

Durğunluq proseslərində, məsələn, öskürək zamanı bu tərəvəz çox kömək edir. Onun tərkibindəki fitokimyəvi birləşmələr xərçəng əleyhinə təsir göstərir. Qırmızı turpda həmçinin C vitamini, kalium çoxdur. “The Times of India” qəzeti yazır ki, turp təzyiqi aşağı salır, immunitet sistemini fəallaşdırır.

Qırmızı turp sellülozla zəngin olduğu üçün şəkərli xəstələr və mədə-bağırsaq traktı xəstəlikləri olan insanlar üçün əvəzedilməzdir. Özü də bu tərəvəzin kalorisi azdır.

Bundan əlavə qırmızı turpdan kosmetik vasitə, üz üçün maska kimi də istifadə etmək olar. Belə maska üzü çox gözəl təravətləndirir.