Elastik xassəyə malik karbonun yeni forması yaradılıb

8 Sentyabr 2017 14:00 (UTC+04:00)

ABŞ-ın Vaşınqton şəhərində yerləşən Karneqi İnstitutunun və Çinin Yanşan Universitetinin birgə tədqiqat qrupu karbonun yeni forması olan materialı sintez ediblər. SİA-nın xəbərinə görə, yüksək möhkəmliyi ilə seçilən bu material rezin kimi elastik xassəyə malikdir.

Məlumata görə, işıq və elektik cərəyanını keçirmə qabiliyyətinə malik yeni material kosmos, hərbi texnika, həmçinin məişət avadanlıqlarında istifadə oluna bilər.