İnsanın daxilini göstərən kamera ixtira edilib

5 Sentyabr 2017 11:53 (UTC+04:00)

İnsanın daxilini göstərən kamera ixtira edilib. Xarici KİV-lər xəbər verir ki, Edinburq Universitetinin professorları bu cihazın xəstələrin daxili orqanlarını yoxlamaq üçün əlverişli olduğunu bildiriblər.

Vücudun müxtəlif hissələrinə ötürülə bilən texnologiya fərqli şəkildə istifadə edilir. Bu kameranın gələcəkdə həkimlər üçün mühüm avadanlığa çevriləcəyi bildirilib.