ŞOK: Lex Valensa KQB ilə əməkdaşlıqda ittiham olunur!

22 Avqust 2017 23:05 (UTC+04:00)

Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valensaya qarşı cinayət işi açılıb. Report xəbər verir ki, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb. O, 1970-ci illərdə kommunistlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur. Qeyd edək ki, bir müddət əvvəl Lex Valensa bu sayaq ittihamları rədd etmişdi.

Xatırladaq ki, o, 1990-1995-ci ildə Polşanın prezidenti olub. Lex Valensa ölkəsində və Avropada keçmiş SSRİ-yə qarşı mübarizə aparmış liderlərdən sayılır.