“İnter” – “Səbail” görüşü saat neçədə başlayacaq?

22 Avqust 2017 20:04 (UTC+04:00)

Topaz Premyer Liqanın III turunun daha bir oyununun başlanma saatı açıqlanıb. Belə ki, avqustun 25-də keçiriləcək “İnter” – “Səbail” görüşü saat 18:00-da start götürəcək. Bu barədə “Səbail” klubunun rəsmi Feysbuk səhifəsi xəbər yayıb. Qeyd edək ki, “İnter” – “Səbail” oyunu “İnter Arena”da keçiriləcək.