7 general və 1 admiral istefaya göndərildi

22 Avqust 2017 16:21 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin 7 general və 1 admiralı təyinat ərəfəsində könüllü şəkildə təqaüdə buraxılmasını istəyib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, istefa istəyinin təyinatlarla heç bir əlaqəsi yoxdur. Hərbçilər könüllü şəkildə istefa vermək istəyiblər və onların müraciətləri avqustun 18-də təsdiqlənib. Həmin hərbçilər istefaya göndərilib.