“Səbail” Emin Cəfərquliyev ilə yollarını ayırıb

22 Avqust 2017 12:54 (UTC+04:00)

“Səbail” klubu futbolçu Emin Cəfərquliyev ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, “Səbail” ilə müqaviləsi olan Emin Cəfərquliyev şəxsi işləri ilə əlaqədar komandadan ayrılmaq istədiyi barədə rəhbərliyə müraciət edib.

Futbolçunun müraciəti müsbət qarşılanıb və müqaviləyə xitam verilib.