Gədəbəydə silah-sursat tapılıb

22 Avqust 2017 12:43 (UTC+04:00)

Gədəbəydə silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rayonun Pirbulaq kəndi ərazisində 18 ədəd “F-1” qumbarası, 6 ədəd müxtəlif tipli raket, 10 ədəd trotil şaşka, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərriki, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilərək ANAMA əməkdaşları tərəfindən götürülüb.