Krasnoyarsk-Bakı marşrutu üzrə uçuşların sayı artırılır

21 Avqust 2017 22:18 (UTC+04:00)

Rusiyanın “IrAero” aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə uçuşların sayını artırır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə komissiyasının protokolunda qeyd olunub.

Belə ki, “IrAero” aviaşirkəti Krasnoyarsk-Bakı marşrutu üzrə uçuşların sayının həftədə 2 dəfədən 7 dəfəyədək artırılması ilə bağlı icazə əldə edib.