Ordu üç kəndini azad etdi

21 Avqust 2017 19:48 (UTC+04:00)

İraq ordusu Telafer şəhərini İŞİD-dən azad etmək üçün əməliyyat keçirib. Nəticədə şəhərin üç kəndi terrorçulardan azad olunub. Əməliyyat zamanı İŞİD-in 22 üzvü məhv edilib.

Əməliyyatda İraq ordusu və federal polis qüvvələri iştirak edib.

Xatırladaq ki, Mosul şəhərinin mərkəzindən 63 kilometr qərbdə yerləşən, türkmənlərin yaşadığı Telafer şəhəri 2014-cü ilin iyununda İŞİD terrorçuları tərəfindən ələ keçirilib.