Depozit hərracının nəticələri açıqlandı

21 Avqust 2017 12:28 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən SİA - ya verilən məlumata görə, bu gün keçirilən depozit hərracında tələb 649,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.