Harvard Universitetinin tələbəsi: “Forum gələcək liderliyimdə müstəsna əhəmiyyətə malikdir” AÇIQLAMA

21 Avqust 2017 12:22 (UTC+04:00)

“Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak etmək mənim üçün bir şərəfdir”. Bunu SİA-ya açıqlamasında Harvard Universiteti Hüquq Fakültəsinin tələbəsi David Benger deyib.

Onun sözlərinə görə, Forum çərçivəsində sabiq prezident, baş nazirlərlə görüşmək sevindirici haldır: “Burada təşkil olunan bütün debatlar, qeyri-formal danışıqlar mənim gələcəkdə lider olmağımda müstəsna əhəmiyyətə malikdir. İlk dəfədir ki, Bakıdayam. Artıq 3 gündür şəhərinizin qonağıyam. İndiyənə kimi “İçəri şəhər”də, “Qız qalası”nda, Dənizkənarı Milli Parkda olmuşam. Azərbaycan xalqı çox qonaqpərvərdir”.