Emin Mahmudovun komandası məğlub olub

21 Avqust 2017 11:57 (UTC+04:00)

Portuqaliya çempionatında 3-cü turun oyunları keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovun formasını geyindiyi "Boavişta" səfərdə "Maritimu" ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Emin bu qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

"Boavişta" geridə qalan turlarda xal qazanmayan yeganə komandadı və 18 klub arasında sonuncu pillədə qərarlaşıb.