Cənubi Asiyada dəhşətli daşqın olub, 700 nəfər ölüb

21 Avqust 2017 01:54 (UTC+04:00)

Cənubi Asiyada baş verən daşqınlar nəticəsində ən azı 700 nəfər ölüb, 1 milyondan çox insan evlərini tərk edib. Axar.az xəbər verir ki, son sutka ərzində ölənlərin sayının artdığı və daha da vəziyyətin pisləşə biləcəyi istisna edilməyib.

Qeyd edək ki, bir həftədən çox davam edən təbii fəlakət əsasən Banqladeş, Nepal, Hindistanın Assam, Bixar və Qərbi Benqalıya ştatlarını əhatə edib.