Əməkdar Artist İsfar Sarabski caz festivalına qatılacaq

20 Avqust 2017 23:19 (UTC+04:00)

Oktyabrın 16-dan noyabrın 11-dək Fransanın Reyms şəhərində “Sunnyside” caz festivalı (Sunnyside Reims Festival) keçiriləcək.

Festivalın saytında yer alan xəbərə görə, Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski festival çərçivəsində noyabrın 5-də solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə məlumat tanınmış pianoçunun “facebook” səhifəsində də yer alıb.

“Sunnyside” caz festivalı “Jazzus Productions” tərəfindən təşkil edilir. 2011-ci ildə yaradılmış bu şirkət caz tədbirlərinin təşkili sahəsində fəaliyyət göstərir.