Rus Dram Teatrı mövsümü “Mərasim”lə açacaq

19 Avqust 2017 14:36 (UTC+04:00)

Sentyabrın 16-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 97-ci mövsümü Ejen İoneskonun pyesi əsasında hazırlanmış “Mərasim” absurd tamaşasının premyerası ilə açacaq. SİA-nın məlumatına görə, səhnə əsərinin quruluşçu rejissoru Ərşad Ələkbərovdur. Tamaşada Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar Artist Mehriban Zəki, Oleq Əmirbəyov, Mariya Dubovitskaya və başqaları iştirak edəcəklər.

Ceyran Əsgərova