Ağdaşda yol qəzası olub, 3 nəfər xəsarət alıb

17 Avqust 2017 21:42 (UTC+04:00)

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Report-un məlumatına görə, qəza rayonun Ləki qəsəbəsində, "Üç yol" deyilən ərazidə qeydə alınıb.

Belə ki "Toyota Prado” və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 1961-ci il təvəllüdlü, Ləki qəsəbəsinin sakini Şəhri Qiyas qızı Gözəlovanın vəziyyəti ağır olduğundan Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılara isə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.