Açıqlandı: Luis Suares 1 ay futboldan uzaq qalacaq

17 Avqust 2017 20:19 (UTC+04:00)

“Barselona” ciddi itki ilə üzləşib. Apasport.az saytı xəbər verir ki, Kataloniya klubunun hücumçusu Luis Suares sıradan çıxıb. Uruqvaylı forvard İspaniya Superkubokunda “Real”la cavab matçında zədələnib. Tibbi müayinədən keçən futbolçunun dizindən xəsarət aldığı və 1 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

Qeyd edək ki, Luis Suares 2014-cü ildən “Barselona”nın formasını geyinir.