39 ədəd mobil telefon aşkar edilib

17 Avqust 2017 12:49 (UTC+04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMV" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının içərisindən gömrük nəzarətindən gizlədilən və hər hansı aksesuarı olmayan 39 ədəd "H-Mobile" markalı mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.