Dənizdə batanlardan birinin şəxsiyyəti müəyyənləşdi

17 Avqust 2017 12:03 (UTC+04:00)

Dənizdə batan iki nəfərdən birinin şəxsiyyəti müəyyənləşib.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları bu gün saat 08:45-dən etibarən davam etdirilir.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məlumatına əsasən, axtarışları aparılan şəxslərdən biri 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğludur. Digər vətəndaşın şəxsiyyəti dəqiqləşdirilir.

Əlavə məlumat veriləcək.