6 otaqlı ev yandı

17 Avqust 2017 10:24 (UTC+04:00)

Göygöl rayonunda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə Çaykənd kəndində qeydə alınıb. Rayon sakininə məxsus ümümi sahəsi 160 kv/m olan ev tamamilə yararsız vəziyyətə düşüb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Araşdırma aparılır.

Müəllif:İlham Məmmədov