Hərbi helikopter qəzaya uğrayıb

17 Avqust 2017 09:37 (UTC+04:00)

ABŞ-a məxsus “Black Hawk” tipli hərbi helikopter qəzaya uğrayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Havay adalarının yaxınlığında baş verib.

Məlumata əsasən, helikopterin göyərtəsində 5 hərbçi olub. Hazırda hərbçilərin axtarışı aparılır.