Arseni Yaçenyuk erməni nazirin arvadı ilə şərik oldu

17 Avqust 2017 04:04 (UTC+04:00)

Ukraynanın keçmiş baş naziri Arseni Yaçenyuk “Espreso” telekanalının sahiblərindən birinə çevrilib. Virtualaz.org xəbər verir ki, Yaçenyuk “Astra Finans” şirkətinin son benefisiarlarının – təsisçilərinin siyahısında yer alır ki, həmin şirkət Qoldberi MMC-nin mülkiyyətçisidir. Öz növbəsində Qoldberi MMC “Espreso” telekanalının təsisçisidir.

Qeyd olunur ki, “Astra Finans”ın son benefisiarları arasında Ukraynanın daxili işlər naziri Arseni Avakovun arvadı İrinanın da adı var.