"ABŞ-ın sanksiyaları düşünülməmiş addımdır"

17 Avqust 2017 03:13 (UTC+04:00)

"ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar olduqca düşünülməmiş addımdır." Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, belə davam edəcəyi halda İranla imzalanan 2015-ci il nüvə razılaşmasının pozula biləcəyini bildirib: “Ümid edirik ki, İran bu razılaşmadan çıxmaz. Eyni zamanda ABŞ-ın birgə hərəkət planı ilə bağlı öhdəlikləri pozmayacağını düşünürük”.

Qeyd edək ki, İran lideri Həsən Ruhani Vaşinqtonun sanksiyaları davam etdirəcəyi halda nüvə razılaşmasını tərk edəcəkləri ilə bağlı xəbərdarlıq etmişdi.