Azərbaycanda ölüm halı ilə bağlı STATİSTİKA

16 Avqust 2017 09:18 (UTC+04:00)

Cari ilin 6 ayı ərzində Azərbaycanda dünyasını dəyişənlərin statistikası açıqlanıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ilin birinci yarısında Azərbaycanda 29 min 477 ölüm halı qeydə alınıb ki, bu da əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsinin 6,1 nəfər təşkil etdiyini göstərir.