İsveçdə silahlı şəxs 3 nəfəri yaralayıb

13 Avqust 2017 21:20 (UTC+04:00)

İsveçin Malmo şəhərində partiya binasına silahla daxil olan təcavüzkar 3 nəfəri yaralayib. Anadolu agentliyinin xəbərinə görə, Malmo Polis İdarəsinin əməkdaşı Mikael Nilson açıqlamasında binada təxminən 70 insanın olduğunu söyləyib. M.Nilson yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib. Yerli mediada təcavüzkarın qardaşını döyən adamı vurmaq üçün hadisə yerinə gəldiyi barədə şərhlər yer alıb.

Silahlı şəxsin tutulması istiqamətində genişmiqyaslı axtarış tədbirləri aparılır.