Rusiyanın tanınmış psixoloqu “YARAT”da seminar keçirəcək

13 Avqust 2017 20:06 (UTC+04:00)

Avqustun 19-da Bakıda “YARAT” Müasir İncəsənət Mərkəzi və “DASSEL” Duyğu Zehni İnkişafı Tədris Mərkəzinin təşkilatçılığı ilə “Uşağın düzgün və harmonik inkişafı, fəal sosiallaşma və emosional sabitliyin öyrədilməsi” mövzusunda seminar keçiriləcək.

“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil ediləcək seminar Rusiyanın tanınmış psixoloqu, duyğu zehni üzrə mütəxəssis, “Akademiya Monsikov” layihəsinin müəllifi Viktoriya Şimanskaya tərəfindən aparılacaq.

Seminarda “Uşaqlıq dövründə qeyri-stabil emosiyalar hansı problemlərə gətirib çıxarır”, “Uşağa təhsil almaqda necə kömək etməliyik”, “Uşağın həyatında fiziki inkişafın rolu nədir?” və digər bu kimi mövzulardan danışılacaq. Seminar çərçivəsində valideynlərin və uşaqların sualları psixoloq tərəfindən cavablandırılcaq.(AZƏRTAC)