2 otaqlı evdə yanğın

13 Avqust 2017 11:48 (UTC+04:00)

Abşeronda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ümümi sahəsi 80 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlığdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.