Araz Abdullayev rəsmən yunan klubunda!

13 Avqust 2017 04:26 (UTC+04:00)

"Qəbələ"nin və milli komandamızın futbolçusu Araz Abdullayevin "Anortosis" klubuna keçidi rəsmiləşib. Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi Famaqusta təmsilçisində icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1 illikdir.

Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində "Neftçi"dən "Qəbələ"yə keçib.