“Zenit”in futbolçusu “Fənərbaxça”da!

13 Avqust 2017 03:16 (UTC+04:00)

“Zenit”in futbolçusu Julianonun “Fənərbaxça”ya keçidi rəsmiləşib. Bu barədə xəbəri İstanbul klubunun rəsmi saytı yayıb. Məlumatda qeyd olunur ki, braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Türkiyə klubu bu transfer üçün Sankt-Peterburq təmsilçisinə 7 milyon avro ödəyib.

Qeyd edək ki, Juliano ötən mövsüm “Zenit”in heyətində ümumilikdə 38 oyunda 17 qol vurub.