Gəncədə bir yaşlı uşaq yanıq xəsarəti alıb

13 Avqust 2017 03:04 (UTC+04:00)

Gəncədə bir yaşlı uşaq üzərinə qaynar çay dağıdaraq yanıq xəsarəti alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 2016-cı il təvəllüdlü Heydərov Akif Vahid oğlu evdə ehtiyatsızlıq zamanı üzərinə qaynar çay dağıdıb. Bədənin müxtəlif hissələrinin ikinci dərəcəli yanıq xəsarətləri alan uşaq dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.