Keniyada keçirilən etirazlarda 9 nəfər ölüb

13 Avqust 2017 01:19 (UTC+04:00)

Keniyada etirazlar zamanı ölənlərin sayı 9-a çatıb. Bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, gənclər gecə saatlarında polisin keçirdiyi əməliyyat zamanı güllələnib. Qeyd edək ki, prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra Nayrobidə kütləvi etirazlar başlayıb.