Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

13 Avqust 2017 00:14 (UTC+04:00)

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının gəmiləri avqustun 12-də Bakı limanını tərk edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Qrad Sviyajsk” kiçik raket və “SB-45” xilasetmə yedək gəmiləri Azərbaycanda keçirilən “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 23-də ölkəmizə gəlmişdilər.