Türkiyədə su anbarından əsgərin meyiti tapılıb

12 Avqust 2017 20:31 (UTC+04:00)

Türkiyənin Siirt şəhərində su anbarından itkin düşmüş hərbçinin meyiti tapılıb. Axar.az xəbər verir ki, əsgərin cəsədi sudan çıxarılan zaman onun ayaqlarının zəncirlə bağlı olduğu məlum olub.

Qeyd edək ki, hərbçi Siirt 3-cü Ordu Korpusunda xidmət edirdi. Cəsəd Siirt Dövlət Xəstəxanasının morquna yerləşdirilib. Faktla bağlı araşdırma başladılıb.