Ərdoğandan XƏBƏRDARLIQ: Bacarmayacaqsınız

12 Avqust 2017 20:19 (UTC+04:00)

"Millətin dincliyini pozanlar bunun bədəlini ağır ödəyəcək." Axar.az xəbər ki, verir bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İsparta şəhərində əhali qarşısında çıxışı zamanı deyib.

“Əcdadımızdan aldığımız ilhamla səsimizin ən yüksək tonu ilə deyirik ki, bacarmayacaqsınız. Millətimizi parçalaya bilməyəcəksiniz, bayrağımızı endirə bilməyəcəksiniz, azanları susdura bilməyəcəksiniz, dövlətimizi yıxa bilməyəcəksiniz. Lazım olarsa, bu yolda yeni 15 iyullara, yeni Çanaqqala zəfərlərinə hazırıq”, - deyə Ərdoğan bildirib.