Suriyada güclü partlayış: 40 yaraqlı həlak olub

12 Avqust 2017 19:51 (UTC+04:00)

Suriyanın Deraa şəhərinin cənub-şərqində “Ceyş əl-İslam” koalisiyasının düşərgəsində baş verən partlayış nəticəsində 40-dan çox yaraqlı həlak olub, 100-dən çox terrorçu yaralanıb. TASS informasiya agentliyi xəbər verir ki, hadisə terrorçu-kamikadzenin özünü yeməkxanada partlatması nəticəsində baş verib. Partlayışı “Ceyş əl-İslam” qruplaşması ilə qarşıdurmada olan “əl-Nusra” terror qruplaşması törədib.