Araz Kiprə gedir

12 Avqust 2017 16:49 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək. Futbolçumuz “Anortosis” klubuna transfer olunmaq üzrədir. Kipr mətbuatının yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi bu gün Famaqusta təmsilçisində tibbi müayinədən keçəcək. Onun “Anartosis”lə 1 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində “Qəbələ”yə keçib.