Rus-türk teleskopu nəyi kəşf edib? ŞOK

12 Avqust 2017 16:31 (UTC+04:00)

TÜBİTAK (Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsi) Milli Rəsədxanasında qurulan RTT150 rus-türk teleskopu vasitəsilə ilk dəfə Pegasus bürcündə yaşlı bir ulduzun ətrafında fırlanan Günəş sistemindən kənar bir planetin kəşf edildiyi açıqlanıb. ntv.com.tr saytı xəbər verir ki, Kazan Federal Universitetindən Roman Juçkovun qrupunun türk və yapon mütəxəssisləri ilə birlikdə dünyada kosmos müşahidələrinin ən yaxşı aparıldığı nadir sahələrdən biri kimi qəbul olunan TÜBİTAK Milli Rəsədxanasındakı RTT150 teleskopu ilə HD 208897 kodlu ulduzun ətrafında fırlanan Yupiterə bənzər planet kəşf ediblər.

Alimlərin hesablamalarına görə, sözügedən planet “Yupiterin əkizləri” qrupuna aiddir və Günəş sistemindəki Yupiter planeti ilə müqayisədə 1,5 qat daha böyük bir kütləyə malikdir. Ekzoplanetin ulduza məsafəsi təxminən Yupiterin Günəşə olan məsafəsinə bərabərdir.